“Bizim Market”lər niyə bağlanır? - Vergi Qalmaqalı

“Bizim Market”lər niyə bağlanır? - Vergi Qalmaqalı
Bütün Xəbərlər
15:00 08.05.2015
5331
“Bizim Market”lər niyə bağlanır?
“Bizim Marketlər” şəbəkəsinin ortaqlarından biri 3 mağazasını bağlayır. Bu barədə supermarketinq.com saytı məlumat yayıb.
Saytın xəbərinə görə, buna səbəb marketlər şəbəkəsinin sahibi olan iki qardaş arasında yaranmış mübahisədir.
Belə ki, qardaşlardan biri şirkətdə olan payını götürərək ayrıca fəaliyyət göstərməyə başlayıb.
1 ilə yaxındır fəaliyyət göstərdikdən sonra sahibkar, mağazalarını bağlamaq qərarına gəlib. Məlumatı tədarükçü firmalar yayıb – onlara zəng edərək, mağazada olan mallarını gəlib götürməyi xahiş ediblər. Səbəbi soruşulduqda isə mağazanın bağlanacağı bildirilib.
Sayt yazır ki, bağlanılması gözlənilən ünvanlar aşağıdakılardır:
1. Yasamal ray. Məhəmməd Xiyabani küçəsi.
2. Yeni Yasamal ray. Kənar dairəvi yolu.
3. Nəsimi ray. Rəşid Behbudov küç. (Aqua park)
Öz növbəmizdə onu da qeyd edək ki, hər üç mağaza “Bizim Market” adı altında fəaliyyət göstərsə də, onlardan heç biri marketlər şəbəkəsinə daxil olmayıb, qardaşlar öz bizneslərini ayırsalar da, mağazaların adı eyni qalıb.
Qaynar.info-nun əldə etdiyi məlumata görə isə, mağazaların bağlanmasına əsas səbəb yoxlamalar nəticəsində üzə çıxan küllli miqdarda vergi yayınmalarıdır.
OXŞAR XƏBƏRLƏR