'Bizim Partiyamız Fransanın bu qərarını lənətləyir'
Bütün Xəbərlər
23:29 24.01.2012
1451
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın iclasında Fransa Senatında qondarma "erməni soyqırmı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi ilə bağlı çıxış edib. AZXEBER.COM-un “Huriyyet” ə istinadən verdiyi xəbərə görə, o, Sarkozinin siyasi gələcəyi üçün soyqırım yalanına sığındığını bildirib: “Bizim Partiyamız Fransanın bu qərarını lənətləyir. Çünki Türk millətinin keçmişində soyqırımı yoxdur".