Biznezdə uğur qazanmaq və müdirin rəğbətini qazanmağın yolu müəyyən olunub.
AZXEBER.COM xəbər verir ki, ABŞ-nin Vanderbilt Universiteti və Corc Meyson Universitetinin alimləri uğurlu karyeraya sahib olmaq üçün əməl etməli olduğumuz düsturu izah ediblər.
Müvafiq olaraq, iş dünyasında parlamağın sirri öz nailiyyətlərinizi gözardı etmədən həmkarlarınızın nailiyyətlərini vurğulamaqdır.
"İşçilər eyni vaxtda başqalarını həvəsləndirməli, digər işçilərin nailiyyətlərini dəstəkləməklə yanaşı həm istiqanlı, həm də səriştəsini nümayiş etdirə bilən olmalıdırlar”, - deyə tədqiqat qrupu bildirib.
"Journal of Personality and Social Psychology” jurnalında dərc olunan araşdırma üçün 1488 iştirakçı ilə yeddi təcrübə aparılıb. 200 işə qəbul meneceri birgə layihəni tamamlayan iki həmkarının hekayəsini oxuyub və özlərini qiymətləndirib. Özünü tərifləyən işçi deyib : "Bu layihə səmərəli texniki detallara görə uğurlu oldu. Bacarıqlarım bu layihəyə mükəmməl uyğun gəlirdi, ona görə də bütün maliyyə təhlili, texniki proseslər və dizaynla məşğul olurdum. Ən yaxşı etdiyim işin məsuliyyətini öz üzərimə götürdüm və bu, əla nəticəyə gətirib çıxardı".
Menecerlər hər ikisini səriştə baxımından təxminən eyni qiymətləndiriblər, lakin isti münasibət baxımından hər iki tərəfi tərifləyən namizədə yeddi ballıq sistemlə orta bal 5,65, digər namizədə isə 4,14 bal verilib.
Oksana