Bölgədə sülhə ən ciddi əngəl elə Ermənistanın özüdür - AÇIQLAMA

Bölgədə sülhə ən ciddi əngəl elə Ermənistanın özüdür - AÇIQLAMA
Siyasət
11:01 20.06.2025
455
"Bu görüş Qarabağ müharibəsindəki zəfərimizdən sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, diplomatik münasibətlərin tam bərpası və iqtisadi əlaqələrin qurulması yönündə müəyyən addımı ifadə edə bilər".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə Ermənistanın baş naziri Nikol Paşinyanla gözlənilə gğrüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, regionda kommunikasiyaların açılması və inteqrasiyanın dərinləşməsi baxımından, həmçinin sərhədlərin tam açılması ehtimalı az olsa da, bu görüş simvolik addımların atılması üçün zəmin yarada bilər:
"Məsələn, konsulluq və nümayəndəliklərin açılması istiqamətində bu görüş böyük önəm daşıyır. Sərhədlərin açılması üçün əsas şərt Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Təbii ki, bu görüş sülh sazişinin imzalanması yönündə diplomatik bir jest sayıla bilər. Ancaq bu da faktdır ki, bölgədə sülh və əməkdaşlıq mühitinin bərqərar edilməsinə ən ciddi əngəl elə Ermənistanın özüdür. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün gərək olan iki legitim şərt-tələbi çoxdan müstəviyə qoyub və bu istiqamətdə güzəştsiz davranacağı şübhəsizdr”. 
E.Akimova onu da vurğuladı ki, Türkiyənin Azərbaycanın maraqlarını müdafiə etməsinə birmənalı şəkildə inanmalıyıq. 
"Türkiyə bu prosesi yaxından izləyir və Azərbaycanla tam koordinasiyada hərəkət edir. Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması Azərbaycanla paralel şəkildə aparılacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər yüksək səviyyəli rəsmi şəxslər dəfələrlə bəyan ediblər ki, Ermənistanla münasibətlər Azərbaycan-Ermənistan sülh prosesi ilə əlaqələndirilmiş şəkildə davam edəcək. Zəngəzur dəhlizi və ərazi bütövlüyü məsələlərində Azərbaycanla tam koordinasiya saxlanılır. "Bir millət, iki dövlət” prinsipi bu qərarlara yön verir”,- deyə millət vəkili əlavə etdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi