Bölgələrdə hansı kolleclər bağlana bilər? - SİYAHI

Bölgələrdə hansı kolleclər bağlana bilər? -  SİYAHI
Bütün Xəbərlər
14:53 16.07.2013
8930

Azərbaycanda bir sıra ali təhsil ocaqları və kolleclərin bağlanacağı gözlənilir. Belə ki, Mikayıl Cabbarov yeni təhsil naziri təyin olunduqdan sonra ölkənin dövlət və özəl təhsil ocaqları ilə bağlı ciddi araşdırmalara başlanılıb.

AZXEBER.COM-un məlumatına görə, Təhsil Nazirliyindəki mənbədən modern.az-a verilən məlumata görə, Azərbaycanın bütün bölgələrdəki ali təhsil ocaqlarının və kolleclərin fəaliyyəti ciddi nəzarətə alınıb və artıq bəzi müəssisələrdə yoxlamalar da aparılır. Hətta bir sıra ali təhsil ocaqlarında aparılan yoxlamalar nəticəsində onların bağlanılması məsələsinin gündəmə gəldiyi bildirilir. Mənbənin verdiyi məlumata görə, bağlanılması gözlənilən ali təhsil ocaqları əsasən bölgələrdə yerləşən institutlar və ya universitetlərin filialları ola bilər. Azərbaycan Müəllimlər İnstitutunun bir sıra bölgələrdəki filiallarının, Lənkəranda, Gəncədə, o cümlədən şimal bölgəsində olan bir sıra təhsil ocaqlarının bağlanması ehtimal olunur. AZXEBER.COM məsələylə bağlı bəzi yeni məlumatlar əldə edib. Portalımıza açıqlama verən bir digər mənbənin sözlərinə görə, nazirliyin sözügedən araşdırması Ağcabədi Pedaqoji Kollecində daha çox davam etdirilir. Bu kollecdə tüğyan edən rüşvət yığımı yeni nazir Mikayıl Abbasovun qəzəbinə səbəb olub. Kollecdə olan özbaşınalıq isə onun bağlanmasına səbəb olacaq əsas faktlardan biridir.

Bölgələrdə bağlanma təhlükəsi ilə üzləşən digər təhsil ocaqları isə Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kollecidir. Hər iki kollecdəki özbaşınalıq, rüşvətxorluq, tələbələrin şəxsiyyətini alçatmaq, tələbələrə ancaq pul kisəsi kimi baxmaq, təhsilin ancaq pul üzərində qurulması və.s kimi problemlər məhz həmin kolleclərin bağlanmasına səbəb ola bilər.

Mənbənin sözlərinə görə, Bakıda da bəzi kolleclərdə də araşdırmalar aparılır. Bunlara Bakı Neft-Energetika Kolleci, Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Humanitar Kollecinin adları çəkilir.

Təhsil Nazirliyindəki mənbə həmin təhsil ocaqlarının hansı səbəbdən bağlanması məsələsinin aktuallaşdığına da aydınlıq gətirib. Belə ki, aparılan araşdırmalardan sonra həmin ali təhsil müəssisələrinin təyinatının başa düşülmədiyi, onların nə iş gördükləri və kadrları necə yetişdirdiklərinin bəlli olmadığı qeyd edilib.

OXŞAR XƏBƏRLƏR