Bölgələrdəki iribuynuzlu heyvanlar arasında təhlükəli xəstəlik yayılır... - Nazirlik tədbir görə bilmədi...

Bölgələrdəki iribuynuzlu heyvanlar arasında təhlükəli xəstəlik yayılır... - Nazirlik tədbir görə bilmədi...
SOSİAL
13:51 22.09.2025
972

Bəzi rayonlarda dabaq xəstəliyinin yayılması fermerlər arasında ciddi narahatlıq yaradıb. Virusun heyvanların kütləvi ölümünə, məhsuldarlığın azalmasına və ət-süd bazarında bahalaşmaya səbəb ola biləcəyi bildirilir. Mütəxəssislər qeyd edir ki, vaxtında profilaktik tədbirlər görülməsə, bu, həm kənd təsərrüfatına, həm də ölkənin ərzaq təhlükəsizliyinə ağır zərbə vura bilər.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli zamanında profilaktik tədbirlərin görülməli olduğunu, bu işlərin zamanında görülmədiyi üçün mövcud vəziyyətin ağırlaşdığını bildirib:

 

 

"Xəstəliyə qarşı peyvənd mövcuddur, dezinfeksiya işləri aparılmalıdır. Xüsusən heyvandarlıqla məşğul olan sahibkarlar maarifləndirilməli, heyvanların immuniteti möhkəmləndirilməlidir. Təəssüf ki, bu il yem çatışmazlığı və qiymətlərin bahalığı səbəbindən heyvanlar zəif düşüb”.

Ekspert bildirib ki, xəstəlik daha çox Aran bölgəsində müşahidə olunur:

"Vaxtında tədbirlər görülmədiyi üçün yoluxma davam edir. Nəticədə heyvanlar arıqlayır və ölüm halları baş verir”.

"Nazirlik məsələni nəzarətdə saxlamalıdır”

Ekspert qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi bu halları daim izləməli idi: "Regionlarda minlərlə əməkdaş var, amma onlar öz işlərini tam icra etmirlər. Nazirlik və Nazirlər Kabinetində problemin miqyasını anlayan mütəxəssislər çatışmır”.

Virus insana da keçə bilər

Məhərrəmli deyib ki, dabaq insana da yoluxa bilər: "Xəstə heyvanın əti və ya çiy südü vasitəsilə insana keçə bilir. İnsanlarda ölüm yaratmır, sadəcə qızdırma olur və müalicə ilə bir həftəyə sağalır. Amma heyvanlarda məhsuldarlıq ciddi azalır”.

O, xəstəliyin yayılmasının kənd təsərrüfatına böyük zərbə vurduğunu da əlavə edib: "Onsuz da Azərbaycanda ət qıtlığı var. Dabaq xəstəliyi vəziyyəti daha da ağırlaşdırır”.

Aqrar Xidmətlər Agentliyindən AZXEBER.COM-a bildirilib ki, hazırda iribuynuzlu və xırdabuynuzlu heyvanların peyvəndlənməsi işi aparılır:

"Heyvan xəstəlikləri ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir, baytarlar tərəfindən təsərrüfatlara gedilərək lazımi dəstək göstərilir. Əməkdaşlarımız peyvəndləmə işləri ilə paralel olaraq dezinfeksiya işləri həyata keçirirlər. Heyvan xəstəliklərinin vaxtınfda aşkarlanması və preventiv tədbirlərin görülməsi məqsədilə təsərrüfatlarda müntəzəm monitorinqlər keçirilir, yerlərdən məlumatlar toplanır və operativ reaksiya göstərilir. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkızində operativ məlumat toplayan və analiz edən qrup yaradılıb. Qrupa daxil olan məlumatlar əsasında əməkdaşlar rayonlara ezam edilir və yerində vəziyyətlə tanış olurlar”.

Şəhanə Ziyad


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
00:46 06.03.2026
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
00:37 06.03.2026
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
00:26 06.03.2026
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
00:15 06.03.2026
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
23:57 05.03.2026
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
23:47 05.03.2026
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
“Azərbaycanın yanındayıq”
23:41 05.03.2026
“Azərbaycanın yanındayıq”
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
23:37 05.03.2026
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
23:11 05.03.2026
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
22:51 05.03.2026
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
22:36 05.03.2026
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
22:32 05.03.2026
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
22:26 05.03.2026
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
22:11 05.03.2026
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
22:07 05.03.2026
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub
21:56 05.03.2026
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub