Bölmədəki intiharla bağlı rəsmi - AÇIQLAMA

Bölmədəki intiharla bağlı rəsmi - AÇIQLAMA
Bütün Xəbərlər
13:26 19.10.2012
1114
Daxili İşlər Nazirliyi dünən Masallı rayon Polis Şöbəsində baş verən intiharla bağlı məlumat yayıb.
AZXEBER.COM-un DİN-in saytına istinadən məlumatına görə, oktyabrın 12-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasından Masallı RPŞ-nin Müvəqqəti Saxlama Təcridxanasına etap edilmiş Vüqar Ələkbərov oktyabrın 18-də təcridxananın pəncərə barmaqlığından mələfə ilə özünü asmağa cəhd göstərib.Xəstəxanaya yerləşdirilmiş V.Ələkbərov orada ölüb.Qeyd edək ki, 1980-ci il təvəllüdlü Vüqar Şahmar oğlu Ələkbərov iyunda qız qaçırdığı üçün cinayət məsuliyyətinə cəlb edilmişdi.
OXŞAR XƏBƏRLƏR