BMA-da 'Beynəlxalq Qadınlar Günü'nə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

GƏNCLİK
22:08 07.03.2013
3474

Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, “Böyük İpək yolu” Gənclər İttifaqı və Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 8 mart “Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirilib. AZXEBER.COM-un məlumatına görə, konsertdən əvvəl xanımlara hədiyyə və güllər təqdim olunub. İlk olaraq Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr və tərbiyə işləri üzrə prorektoru, xalq artisti Yeganə Axundova çıxış edərək bütün xanımları təbrik edib. Daha sonra“Böyük İpək yolu” Gənclər İttifaqının baş katibi Aydan Kərimli və BMA TGT-in sədri Vüqar Hümbətov da öz növbəsində bütün xanımları təbrik etdilər. Tədbir rəngarəng rəqs və musiqi nömrələri ilə davam edib. Qeyd edək ki, konsertdə Gənclər Təşkilatlarının fəal üzvləri və akademiyanın müəllim-professor heyəti də iştirak ediblər.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR