BMT: 2025-ci ildə dünyada təxminən 6 milyon qaçqın uşaq məktəbə gedə bilməyib

BMT: 2025-ci ildə dünyada təxminən 6 milyon qaçqın uşaq məktəbə gedə bilməyib
DÜNYA
05:10 03.10.2026
177
2025-ci ildə dünyada məktəb yaşında olan 13,1 milyon qaçqın uşağın 44 faizi, yəni təxminən 6 milyonu təhsildən kənarda qalıb.

Bu barədə BMT-nin məsələ ilə bağlı hesabatında deyilir.

Qurumun Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, maliyyələşmənin azalması daha milyonlarla uşağın təhsildən uzaq qalması və qaçqınların təhsilində son illərdə əldə olunan irəliləyişin geriyə getməsi təhlükəsi yaradır.

Bununla yanaşı, qaçqınların ali təhsilə çıxışında irəliləyiş qeydə alınıb. 2025-ci ildə ali təhsilə qəbul olunan qaçqınların payı rekord həddə – 11 faizə çatıb və 450 mindən çox qaçqın ilk dəfə ali təhsil müəssisələrinə qəbul olunub.

Qeyd edilir ki, 2024-cü ildə bu göstərici təxminən 9 faiz təşkil edib.

///apa.az///
OXŞAR XƏBƏRLƏR