Bakıda Birləşmiş Millət Təşkilatının avtomobili qəzaya düşüb.
AZXEBER.COM-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Yasamal rayonunda, Moskva prospektində baş verib.
BMT-nin Azərbaycan nümayəndəliyinə məxsus Mitsubishi –Pajero markalı D 01311 nömrəli avtomobillə Bakı sakini Əkbər Bədəlovun idarə etdiyi Bakı Taksi MMC-yə məxsus London markalı 90 AT 754 nömrəli avtomobil toqquşub.
Qəza nəticəsində avtomobillər zədələnsə də, ağır xəsarət alan olmayıb.