BMT-nin mənzil-qərargahında yanğın olub

BMT-nin mənzil-qərargahında yanğın olub
Bütün Xəbərlər
12:12 23.03.2015
1210
İlkin versiyaya görə, yanğına qısaqapanma səbəb olub.
BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında yanğın baş verib.
Yanğın binanın suvenir mağazaları olan mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili yardım briqadaları cəlb edilib.
Yanğın BMT-nin Yanğın Əleyhinə Xidməti və Nyu-York Yanğınsöndürmə İdarəsinin səyi nəticəsində 1 saat ərzində söndürülüb.
BMT-nin mətbuat xidmətinin əməkdaşı Vanina Maestraççi (Vannina Maestracci) bildirib ki, ilkin versiyaya görə, yanğına qısaqapanma səbəb olub.
Onun sözlərinə görə, yanğın nəticəsində və yanğının söndürülməsi zamanı hadisə baş verən mərtəbəyə müəyyən zərər dəysə də, mənzil-qərargah martın 23-dən normal fəaliyyətini davam etdirəcək.
Qaydaya görə, bazar günü BMT-də istirahət günü sayılır. Lakin marın 22-də mənzil-qərargahda BMT Təhlükəsizlik Şurasının Yəməndəki hadisələrə həsr olunmuş növbədənkənar iclası keçirilib.
OXŞAR XƏBƏRLƏR