BMT Şimali Koreyanın raket buraxmasından narahatdır

BMT Şimali Koreyanın raket buraxmasından narahatdır
DÜNYA
22:49 19.10.2021
428
BMT KXDR-in raket buraxılışlarından narahatdır və bu ölkənin rəhbərliyini Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün səyləri bərpa etməyə çağırıb.

AZXEBER.COM xəbər verir ki, bunu BMT Baş katibinin müavini Fərhan Xak keçirdiyi brifinqdə deyib.

"Dənizdən ballistik raketin atılması faktı da daxil olmaqla, KXDR-dən raket buraxılışı ilə bağlı son xəbərlər bizi narahat edir. KXDR rəhbərliyini Koreya yarımadasının nüvəsizləşdirilməsi və davamlı sülhün təmin edilməsi istiqamətində diplomatik səylərə dərhal başlamağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırırıq", - təşkilat nümayəndəsi bildirib.
OXŞAR XƏBƏRLƏR