BMT Təhlükəsizlik Şurası İraqa qarşı sanksiyaları ləğv etdi

Bütün Xəbərlər
21:43 15.12.2010
1997

BMT Təhlükəsizlik Şurası İraqa qarşı saknçiyaları ləğv etdi. BMT nümayəndələrinin məlumatına görə, söhbət “Neft və ərzaq mübadiləsi” proqramından məhdudiyyətlərin çıxarılmasından, Bağdadın mülki nüvə energetikası sahəsindəki fəaliyyətinə qoyulmuş qadağanın götürülməsindən, eləcə də İraq İnkişaf Fondunun beynəlxalq idarəetməsinə son qoyulmasından gedir. 

Sanksiyaların lətvi ilə bağlı qərar Amerika tərəfinin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclasında qəbul edilib. Beləliklə, İraqın beynəlxalq statusu 1990-cı ildə Küveytə müdaxilədən əvvəlki vəziyyətinə qayıdır.

 

OXŞAR XƏBƏRLƏR