BMT: Yəməndə 4,8 milyon insan didərgin düşüb

BMT: Yəməndə 4,8 milyon insan didərgin düşüb
DÜNYA
13:16 05.05.2025
281
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Yəməndə 4,8 milyon insanın köçkün vəziyyətinə düşdüyünü və ailələrin təhlükəsizliyini təmin etmək üçün təcili dəstəyə ehtiyac olduğunu bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, təşkilat Yəməndəki vəziyyətlə bağlı X səhifəsində bir paylaşım edib.

"Yəməndə 4,8 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Çoxları bir dəfədən çox qaçmağa məcbur olub", - yazıda deyilir.

Təhlükəsiz sığınacaqlara çatmağın qeyri-mümkün olduğuna və evakuasiya riskinin artdığına diqqət çəkən yazıda yəmənli ailələrin təhlükəsizliyini təmin etmək üçün təcili dəstəyə ehtiyac olduğu vurğulanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR