BNA-də niyə əməliyyat keçirildi? - "Avtobusların çoxu xarab oldu, işləmirdi"

SOSİAL
16:32 26.07.2023
1963
Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirib. 

Əməliyyat haqqında hələlik rəsmi məlumat olmasa da, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli əməliyyat keçirildiyini təsdiqləyib: "Mən hazırda məzuniyyətdəyəm. Bəli, BNA-da əməliyyat keçirilib, istintaq aparılır. Saxlanılanlarla və mənimlə bağlı aidiyyatı qurum məlumat verəcək.  Xeyr, mənimlə bağlı hələki problem yoxdur,  dəvət olunmamışam”.

2015-ci ildə yaradılan BNA-nın uğursuz fəaliyyəti zaman-zaman ictimaiyyət nümayəndələrinin, deputaların tənqid hədəfi olub. Məhz bu tənqidlərdən sonra BNA 2023-ci ilin 19 aprelindən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi. 

Bütün bunlara baxmayaraq, agentliklə bağlı nöqsanlar hələ də mətbuat səhifələrində dərc edilir, quruma qarşı ictimaiyyət tərəfindən tənqidlər səsləndirilir. 

Bəs, yarandığı gündən bu günə kimi Bakı Nəqliyyat Agentliyi niyə uğursuz bir quruma çevrildi? 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev sözügedən agentliyin qarşısına qoyulan heç bir işi yerinə yetirə bilmədiyini bildirib:
 


"3 il öncə Milli Məclisdə jurnalistlərə açıqlamamda avtobuslarla, cərimələrlə , avtomobillərin dayanma-durması ilə əlaqədar böyük problemlərin olduğunu deyib, tənqid etmişəm. Bu qurumun yaradılmasında məqsəd ondan ibarət idi ki, Bakı şəhərində nəqliyyat problemləri  həll olunsun. Əfsuslar olsun ki, problemlər həll olunmadı. Parkomatlarla, ictimai nəqliyyatın normal işləməsi istiqamətində problemlərin heç biri həllini tapmadı. Cəhdlər göstərildi, ancaq düzgün formada iş qurulmadı. Bu məsələləri dəfələrlə  tənqid edirdim. Çalışırdım öz məsləhətimi verim. Ancaq nə məsləhəti, nə də tənqidi normal qəbul etmirdilər. Ataların sözü var ki, gedənin dalınca danışmaq düz deyil. Ancaq BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini tam doğru addım hesab edirəm. Gözləntilər ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti məsələni köklü formada aparacaq. İctimai nəqliyyatın idarə edilməsi intellektual səviyyədə olmalıdır. Aldığım məlumata görə 100-ə yaxın avtobus ehtiyyat hissələrinin olmadığına görə maşruta çıxa bilmirdi. Bu da qeyd etdiyim kimi böyük narazılıqların yaranmasına gətirib çıxarırdı”.

Rüfət Quliyev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyindən fərqli olaraq Bakı Şəhər İcra Hakimiyyəti məsələlərə xüsusi önəm verir:

"Problemləri kökündən həll etmək lazımdır. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, Azərbaycanda urbanizasiya problemi var. Şəhər mərkəzlərinə böyük insan axını var. Xaricdən gətirilən minik avtomobillərinin sayı artır. Hətta pandemiya zamanıda da 15 faizə qədər artım var idi. Bunların hamısını nəzərə alaraq düşünürəm ki, bu məsələlər kökündən həll olunacaq. Elə birinci yaxşı xəbər ondan ibarətdir ki, Nazirlər Kabinetinin qərarı ilə icazə olunan yerlərdə  nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan 07:00-ə qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Belə bir proqnoz vermək istəyirəm ki, qalan problemləri Bakı Şəhər İcra Hakimiyyəti tamamilə həll edəcək. Müəyyən addımlar atılır, bu addımların sürətini artırmaq lazımdır”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb