Boks üzrə çempionun kriminal avtoritet kimi Salyan MACƏRALARI

Boks üzrə çempionun kriminal avtoritet kimi Salyan MACƏRALARI
SOSİAL
14:16 30.01.2017
7016
Salyanda saxlanılan kriminal avtoritetin "kriminal aydınlaşdırmalarda” ("razborka”), "vəziyyətə nəzarət” kimi funksiyaları yerinə yetirdiyi iddia olunur.
Kriminal aləmdə "Rıjıy İlqar” (boksçu İlqar) kimi tanan İlqar Əliyev müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən şantaj və hədə-qorxu yolu ilə pul toplayaraq, kriminal şəxslər arasında bölgü aparıb.

Qeyd edək ki, yanvarın 25-də Salyan rayon sakini Y.Qaqarin küçəsi, ev 10-da yaşayan 1979-cu il təvəllüdlü Əliyev İlqar Lazım oğlu qanunsuz odlu silah və narkotik vasitə gəzdirdiyi üçün saxlanılıb. Ondan "Naqan” tipli tapança, 5 ədəd patron və 20 qram narkotik vasitə olan həşiş qatranı götürülüb. Əvvəllər 3 dəfə məhkum olan şəxs boks üzrə 6 dəfə Azərbaycan çempionu və qaydasız döyüşlərin iştirakçısı olub.

Faktla bağlı Sayan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
///APA
OXŞAR XƏBƏRLƏR