Bolşoy baletin direktoru istefa verib

ŞOU-BİZNES
12:41 17.03.2011
1900
AZXEBER.COM portalının “BBC”yə istinadən verdiyi xəbərə görə, Rusiya Bolşoy teatrının balet truppasının direktoru onun təsvir olunduğu deyilən erotik fotolar veb sayta qoyulduqdan sonra istefa verib.

İzvestiya qəzeti yazır ki, Gennady Yanin veb sayt linkinin minlərlə email ünvanlarına göndərilməsindən sonra istefa verdiyini bəyan edib.

Rusiya mediasında spekulaysiyalara görə, Yanin qarayaxma kampaniyasının qurbanıdır.

Yaninin bu vəzifədə soloist Yan Qodvski əvəz edib.

Fotoların yayıldığı vebsayt artıq onlaynda mövcud deyil.

Ancaq İnterfaks agentliyi truppaya 2005-ci ildən bəridir ki, rəhbərlik edən Yanindən sitat gətirərək deyib ki, o öz gələcəyi haqda çoxdandır düşünürmüş və bu qalmaqaldan istefası üçün yararlanıb.

Bolşoy baleti istefa barədə xəbəri təsdiqləyib və deyib ki, Yanin könüllü istefa verəndən sonra teatrın baş direktoru Anatoli İksanov Yan Qodovskini balet truppasının rəhbəri təyin edib.

Qodovski bu vəzifədə 2011-ci il mövsümünün sonunadək qalacaq.

"Bu, mənim üçün gözlənilməz oldu", deyib Qodovski. "Mən etiraz edirdim, amma onlar məndən bu vəzifəni götürməyimi dönə-dönə xahiş etdilər. Şübhəsiz, bu mənim üçün bir yüksəlişdir".

OXŞAR XƏBƏRLƏR