Bolqarıstan 5 min NATO hərbçisinin yerləşdirilməsi üçün infrastruktur yaradacaq

Bolqarıstan 5 min NATO hərbçisinin yerləşdirilməsi üçün infrastruktur yaradacaq
DÜNYA
18:45 15.01.2024
170
Bolqarıstan 5 min nəfərə qədər çoxmillətli döyüş qrupunu yerləşdirmək üçün infrastruktur yaradacaq.

Bu barədə ölkənin müdafiə naziri Todor Taqarev məlumat verib.

"NATO-nun şərq cinahı ölkələrindəki bütün döyüş qruplarının təxminən 5 min hərbçiyə qədər artırılması planlaşdırılır. Doğrudur, hazırda bununla bağlı dəqiq qrafikimiz yoxdur. Lakin buna şərait yaratmağa hazır olmalıyıq”, - o qeyd edib.

Onun sözlərinə görə, ABŞ ilə infrastrukturun inşasının birgə maliyyələşdirilməsi məsələsi müzakirə olunub.
 
///Report
OXŞAR XƏBƏRLƏR