Bolqarıstan, İsrailin hücumunda istifadə edilən peycerlərlə heç bir əlaqəsinin olmadığını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Bolqarıstan Dövlət Təhlükəsizlik Agentliyi partlayan cihazların ölkədə idxal və ya ixrac edilmədiyini açıqlayıb.
Xatırladaq ki, daha öncə Tayvan və Macarıstan da partlayan qurğuların ölkələrində istehsal edildiyini inkar etdiblər.
Qeyd edək ki, Livanda 17 və 18 sentyabr tarixlərində Hizbullah üzvlərinin istifadə etdiyi peycer və radio cihazlarında eyni vaxtda partlayışlar baş verib və nəticədə ikisi uşaq olmaqla 37 nəfər həyatını itirib, 3250 nəfər yaralanıb.
Cəmalə