"Bolqarıstan mənim sayəmdə birinci oldu" - Kirkorovdan etiraf

"Bolqarıstan mənim sayəmdə birinci oldu" - Kirkorovdan etiraf
MAQAZİN
11:01 18.05.2026
236
2026-cı il Avroviziya Mahnı Müsabiqəsində bolqarıstanlı iştirakçı Daranın qalib gəlməsinin gizli qalan tərəfləri məlum olub.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bolqar müğənninin rusiyalı sənətçi Filip Kirkorovun dəstəyi sayəsində qalib gəldiyi məlum olub.
 
Bu haqda Rusiyanın xalq artisti filip Kirkorov Yana Çurikovanın "YouTube" şousunda açıqlama verib.

Məlum olub ki, Bolqarıstan televiziyası sənətçi ilə Daraya dəstək olmaq üçün əlaqə saxlayıb. Bəstəkar Dimitris Kontopulos və Kirkorov komandası da daxil olmaqla müğənni üçün qalib mahnı olan "Bangaranga"nı hazırlayıblar.

Kirkorov qeyd edib ki, Dara sadəcə əla vokal bacarıqlarına və səhnədəki iştirakına görə qalib olmayıb. Tamaşanın hazırlanmasına səhnələşdirmə və vizual effektlər daxil olub ki, bu da onların qələbəsində əsas rol oynayıb.
 
Bunlara rusiyalı müğənni və rejissor Fredrik Rydman nəzarət edib. 

Aysel
OXŞAR XƏBƏRLƏR