“Bolt” qiymətləri qaldırdı – Paytaxtın “taksi bazarı”nda hansı yeniliklər gözlənilir?

SOSİAL
14:17 20.12.2023
1630
Məlum olduğu kimi, iki gün öncə "Bolt” taksi şirkəti gediş haqqını 10 faiz artırıb.
 
Bu barədə şirkətin sürücüləri məlumat veriblər.
 
Hazırda şirkətin taksidə minimal gediş haqqı 2.50 AZN təşkil edir.

"Bolt”un son qərarı ciddi ictimai müzakirələrə səbəb olub.
 
İctimaiyyəti düşündürən əsas suallardan biri də bu addımın hansı məqsədlə atılmasıdır. Bəzi ekspertlər isə bunun şirkətin ciddi qiymət artımlarına hazırlığının tərkib hissəsi olduğunu bildirirlər.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, taksi xidməti Azərbaycanda ən yaxşı durumda olan iqtisadi sahələrdən biridir:
 

 

"İlin sonuna qədər taksi şirkətində qiymətlərin 10 faiz artımı ümumi götürdükdə xidmət sektorunda olan artım faizinə təxmini olaraq bərabərdir. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri ilə müqayisəvi təhlil etdikdə görərik ki, liberal bazar iqtisadiyyatı qanunlarının hökm sürdüyü azsaylı sahələrdən biridir. Çünki burada sözün həqiqi mənasında ciddi rəqabət mühiti formalaşıb. Heç bir halda buna qarışmaq, bu rəqabəti pozmaq düzgün olmaz. Düzdür, müəyyən hallarda xidmətin səviyyəsi və keyfiyyətlə bağlı problemlər yaşanır. Lakin nəzərə almaq lazımdır ki, keyfiyyətli taksi xidməti almaq istəyənlər üçün alternativlər də mövcuddur. Yəni, taksi şirkətləri ekonom sinifdən əlavə produktiv xidmətlər təklif edirlər. Məhz elə bu səbəbdən də bizim ekonom sinifdən ciddi gözləntilərimizin olması doğru olmazdı”.

İqtisadçının sözlərinə görə, sərnişinləri narahat edən əsas problem qiymət deyil, kobud və mədəniyyətsiz davranış tərzidir:
 
"Sadəcə bunu qeyd etmək istəyirəm ki, hazırkı problem taksinin qiymətinin 10 faiz qalxması yox, sürücülərin davranışı ilə bağlı problemlərdir. Sürücülərin sözün əsl mənasında sərnişinlərlə, müştərilərlə davranışlarında ciddi qüsualr mövcuddur. Bu məsələ hansısa formada tənzimlənə bilər. Sözügedən məsələ rəqabətin aradan qaldırılması və yaxud qiymətlərin yüksəlməsi ilə həll olunacaq mövzu deyil. Çünki biz görürük ki, bu gün heç bir istiqamətdə özünə iş tapa bilməyən sürücülər rahat şəkildə taksiyə əyləşir və idarə edirlər. Bir çox hallarda isə onların ümumən davranış qabiliyyəti, ünsiyyət bacarıqları adekvat olmur. Bu da öz növbəsində müəyyən problemlərə yol açır. Təbii ki, bu problem öz həllini tapmalıdır. Hətta bu məqsədlə inzibati müdaxilə də ola bilər. Lakin bu heç bir halda qiymətlərə təsir etməməlidir. Paytaxtda taksilərin sayının çoxluğunu nəzərə alsaq, bunun elə də asan olmadığını söyləyə bilərik. Bu sahədə təsirli mexanizmlər işlənib hazırlanmalıdır”.

AZXEBER.COM-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, Bakıda taksi xidməti əhalinin qazancına uyğun səviyyədədir:

 

"Azərbaycanda taksi xidməti əhalinin gəlirlərinə uyğun səviyyədədir. Lakin bununla yanaşı, qiymətlər bizdən çox səfalət içində yaşayan Hindistandan yuxarıdır. Orada taksi daşıma xidməti çox ucuzdur. Bizdən xeyli ucuz belə ölkələrin nümunəsi az deyil. Bu vəziyyət Azərbaycan bazarında tezliklə taksi şirkətlərinin kartel sövdələşmələrinə (qiymətlərin razılaşdırılmasına) gətirib çıxardılacaq. Digər taksi şirkətləri də güman edirəm ki, gəlib "Bolt”la uyğunlaşacaq və qiymətləri yüksəldəcəklər. Amma hələ "Bolt”a inanmırlar. "Bolt” əhalinin, azad istehlakçıların bu prosesdən agah olacağı vaxta qədər bundan öz xeyrini istifadə etməkdə davam edəcək”.

İqtisadçı qeyd edir ki, digər taksi şirkətləri də yaxın gələcəkdə ictimai elan vermədən qiymətləri qaldıracaq: "Beləliklə, əhali uzun müddət bu şirkətdən istifadə edəcək. Əhali yavaş-yavaş həmin şirkətlərə müraciət edəcək və yenə aldadılacaq. Azərbaycanda qalxan bir qiymət heç zaman enmir. Təbii ki, bu artım istehlakçıların büdcəsinə ziyan vuracaq. Ona görə də, Azərbaycan hökumətinin missiyasıdır ki, bazarda azad rəqabət mühiti yaratsın, başqa şirkətlərin ölkəyə daxil olmasına şərait yaratsın. Yalnız bu şəkildə qiymətləri tənzimləmək və istehlakçıların büdcəsinə uyğunlaşdırmaq mümkündür. Bu öz növbəsində qiymətlərlə yanaşı, keyfiyyətin də artmasına təsirsiz ötüşməyəcək” – deyə, AİB sədri fikrini yekunlaşdırıb.

Mikayıl Mirzəzadə

Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb