'Bona Market'də özbaşınalıq baş alıb gedir - ŞİKAYƏT

Bütün Xəbərlər
13:55 12.07.2013
4458
Bakıda 7-ci mikrarayon ərazisində yerləşən "Bona Market" haqda şikayətlər günbəgün artır.AZXEBER.COM-un elektron ünvanına gələn şikayət məktubunda oxucumuz Tənzilə Əliyeva bu haqda yazır: "Bu marketdə xidmət çox aşağıdır, müştərilərlə çox kobud davranırlar. Dünən marketə getdim, satıcının olmadığını görüb, onun harada olduğu ilə maraqlandım, amma marketin administratoru olduğu deyilən gənc oğlan çox kobud şəkildə "o şöbənin işçisi məzuniyyətə gedib" dedi, "bəs bizə kim yardımçı olacaq?" sualına isə "heç kim" cavabını verdi. Daha sonra isə qeyd etdi ki, "bizim onsuzda müştərimiz çoxdur, müştəriyə ehtiyacımız yoxdur, xoşunuz gəlmirsə, gedin başqa yerdən bazarlıq edin" cavabını verdi. 
Şikayətçi həmçinin qeyd edib ki, bununla bağlı market rəbərliyinə etiraz etmək istəsə də, rəhbərlikdən heç kim marketdə olmayıb. Ümumilikdə, "Bona Market"də satıcı özbaşnalığı, müştərilərlə kobud rəftar, filialin natəmizliyi, administratorların satıcılarla olduqca səmimi davranışı marketin imicnə böyük xələl gətirməkdədir. Elə bu səbəbdən də "Bona Market" get-gedə öz funksiyasını itirməkdədi, tez-tez işçi dəyişikliyi strukturun olmaması, antisanitariya, nəzarətsizlik və müştəri məmnunsuzluğu , özbaşnalıq marketi tamamilə nüfuzdan salıb. Təsadüfi deyil ki, həmin ərazidə yaşayan insanlar kiçik marketləri "Bona Market"dən üstün tutur və alış-verişi oradan edir. 
AZXEBER.COM 
OXŞAR XƏBƏRLƏR