“Boşanmaların statistikası 50 faizi ötüb” - Ailə dəyərləri necə qorunmalıdır?

“Boşanmaların statistikası 50 faizi ötüb” - Ailə dəyərləri necə qorunmalıdır?
SOSİAL
15:25 30.09.2026
149
Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov ailə dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb. O bildirib ki, mövcud proseslər davam edərsə, gələcəkdə ailə institutunun zəifləməsi ilə bağlı ciddi problemlər yarana bilər. Deputat ailə dəyərlərinin qorunması üçün ayrıca qanunun hazırlanmasını və bu sahədə hüquqi bazanın gücləndirilməsini təklif edib.

Sosioloq Mail Yaqub AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycanda boşanmaların statistikası 50 faizi ötüb:

"Azərbaycanda boşanmaların statistikası 50 faizi ötüb. Bu, ciddi bir məsələdir. Ailə institutunun məhv olması Azərbaycanda demoqrafik problem yarada bilər. Artıq bizdə artım tempi, doğum halları da azalıb. Belə davam edərsə, 20-30 ildən sonra Azərbaycanda əhalinin sayı azalmağa başlayacaq. Demoqrafiya hər bir ölkə üçün ciddi problemdir”.


"Qanunvericilikdə boşluqlar varsa, yenidən qanuni və hüquqi mexanizmlər formalaşdırılmalı və tənzimlənməlidir. Milli-mənəvi dəyərlərimiz müasir Azərbaycanın iqtisadi və texnoloji inkişafı fonunda çox vacib məsələdir. Çünki bu, milli kimlik məsələsidir. Əgər milli-mənəvi dəyərlərimizi itirsək, milli kimliyimizi də itirəcəyik. Bu isə xoşagələn hal deyil. Ona görə də bu məsələyə ciddi yanaşılmalıdır. Azərbaycanın ailə institutunun qorunması üçün dövlət lazımi tədbirlər görməsə, hüquqi mexanizmlər yaradılmasa, bu baxımdan bizi yaxşı günlər gözləməyəcək.
Əhalinin azalması Azərbaycanda ciddi problemlər yarada bilər”,-deyə sosioloq vurğulayıb. 

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR