Boşanmış qadın ərinin yeni sevgilisini öldürdü - FOTO

Boşanmış qadın ərinin yeni sevgilisini öldürdü - FOTO
DÜNYA
11:46 04.01.2020
3468
Türkiyənin Konya şəhərində qadın keçmiş ərinin sevgilisini öldürüb.
 
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə Seyidşəhər adlanan ərazidə baş verib.

Belə ki, Özləm G. keçmiş ərinin birlikdə yaşadığı Aynur Süngülünü güllələyərək öldürüb.

Xəbərdə bildirilir ki, qadın keçmiş əri ilə sevgilisinin yaşadığı mənzilə gəlib.
 
Süngülünün qızı qapını açdıqda o, dəhşətli cinayəti törədib.

Hadisə yerinə gələn polislər araşdırmaya başlayıb.
 

 

 


OXŞAR XƏBƏRLƏR