Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb
DÜNYA
23:15 04.10.2026
205
Bosniya və Herseqovinada keçirilən ümumi seçkilərdə Mərkəzi Seçki Komissiyasının səslərin 80 %-nin hesablanmasından sonra açıqladığı ilkin nəticələrə əsasən, Rəyasət Heyəti üzvü uğrunda bosniyalı namizədlər arasında Denis Beçiroviç, xorvat namizədlər arasında Dariya Filipoviç, serb namizədlər arasında isə Jeljka Tsvi­yanoviç liderdir.

Bosniyalı nümayəndə üzrə mübarizədə Denis Beçiroviç 164 369 səslə birinci yerdədir.

Bakir İzetbeqoviç 148 036, Semir Efendiç 110 530, Fahrudin Radonçiç isə 9 320 səs toplayıb.

Xorvat nümayəndə uğrunda yarışda Dariya Filipoviç 92 854 səslə liderdir. Slaven Kovaçeviç 55 475, Zdenko Luçiç isə 44 345 səs əldə edib.

Serb nümayəndə üzrə seçkilərdə isə hazırda Rəyasət Heyətinin üzvü olan Jelyka Tsvi­yanoviç 213 812 səslə öndədir. Marinko Bojoviç 102 877, Neboyşa Vukanoviç isə 67 707 səs toplayıb. Nəticələrin hələ ilkin olduğu və qalan seçki məntəqələrinin hesablanmasından sonra dəyişə biləcəyi bildirilir.

Onu da bildirək ki, Milorad Dodik rəhbərlik etdiyi Müstəqil Sosial-Demokratlar Alyansının seçkilərdə qələbə qazandığını elan edib. O, partiyasının həm Bosniya və Herseqovina Rəyasət Heyətində serb nümayəndə postu uğrunda, həm də Serb Respublikası prezidentliyi uğrunda seçkilərdə qalib gəldiyini deyib.

Qeyd edək ki, seçkilərdə 3,4 milyondan çox seçici səsvermə hüququna malik olub. Vətəndaşlar Bosniya və Herseqovina Rəyasət Heyətinin üç üzvünü, parlamentin müxtəlif səviyyələrinə deputatları, həmçinin Serb Respublikası Prezidentini və digər yerli nümayəndələri seçirlər. Ölkədə ümumilikdə 518 mandat uğrunda mübarizə aparılıb.
 
///report///
OXŞAR XƏBƏRLƏR