Botanika bağının direktoru işdən çıxarıldı

Botanika bağının direktoru işdən çıxarıldı
Bütün Xəbərlər
17:40 09.04.2014
919
Nəbatət bağının direktoru vəzifəsinəin icrası isə biologiya üzrə elmlər doktoru Validə Əlizadəyə həvalə edilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan verilən məlumata görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq Botanika İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru İlham Şahmuradovun “İnteqrativ biologiya və bioinformatika” adlı məruzəsi dinlənilib.
Tədqiqatlarda ABŞ, Birləşmiş Krallıq, Pakistan və Səudiyyə Ərəbistanı Krallığının aparıcı elmi mərkəzlərinin alimləri də iştirak etmiş, nəticələr barədə beynəlxalq elmi konfranslarda məruzələrlə çıxışlar edilib.
Məruzə sual-cavab və müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.
İclasda Akademiyanın 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının layihəsi müzakirə edilən, hazırlandıqdan sonra Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı qərar qəbul olunub. Bununla yanaşı, ölkə başçısının "Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" haqqında sərəncamından irəli gələn məsələlər və atılacaq addımlar da müzakirə edilib.
Növbəti qərarla AMEA-nın bir sıra alimləri adlı mükafatlara layiq görülüb. Bildirilib ki, mükafatların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər əldə edən alimləri daha yüksək səviyyəli tədqiqatlara həvəsləndirmək və Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.
Aktual elmi və texnoloji problemlərin həllinə yönəlmiş elmi-tədqiqat proqramlarının seçilməsi və maliyyələşdirilməsi üçün müsabiqə elan edilməsi, həmçinin AMEA üzvlüyünə seçkilərlə əlaqədar elmi bölmələrdə ekspert komissiyalarının yaradılması haqqında qərarlar qəbul edilib. Eyni zamanda Akademiyanın yeni nizamnamə layihəsi bəyənilmiş və ümumi yığıncağın müzakirəsinə verilməsi qərara alınıb.
Rəyasət Heyətinin növbəti qərarları ilə AMEA-nın 19 institut və təşkilatının direktorlarının təyinatları təsdiq olunub, Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinin icrası isə Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Validə Əlizadəyə həvalə edilib.
OXŞAR XƏBƏRLƏR