"Brügge" "Qarabağ"ı darmadağın etdi

İDMAN
20:16 28.07.2011
2284
İlk iki mərhələdə Litvanın "Banqa" və Farer adalarının "Streymur" komandalarını mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri ilk ciddi sınaqdan böyükhesablı məğlubiyyətlə ayrıldı.

"Brügge"nin qonağı olan komandamız 1:4 hesabı ilə uduzdu. Hesabı 9-cu dəqiqədə Byorn Vleminks açdı. 55-ci dəqiqədə Viktor Vaskes fərqi iki topa çatdırdı. 62-ci dəqiqədə Rauf Əliyev qızıla bərabər qol vursa da, "Qarabağ" hesabı qoruya bilmədi. 71-83-cü dəqiqələrdə Rayan Donk və Nabil Dirarın qollarına üzülən komandamız vətənə böyükhesablı məğlubiyyətlə dönməli oldu.

 Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu

23:30. "Brügge" - "Qarabağ" - 4:1 (İkinci hissə)
Qollar: Byorn Fleminks, 9 (1:0), Vaskes, 55 (2:0), Rauf Əliyev, 62 (2:1), Donk, 71 (3:1), Dirar, 83 (4:1) 
Hakimlər: Arnold Hanter, Paul Mann, Riçard Storey, Ross Danlor (hamısı Şimali İrlandiya).
UEFA nümayəndəsi: Torir Hakonarson (İslandiya)
Hakim-inspektor: Kristakis Skapoullis (Kipr).
Brügge. Yan Breydel stadionu.


"Qarabağ"ın start heyəti: 99. Boyan Pavloviç, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov, 7. Namiq Yusifov (k), 11. Rauf Əliyev, 2. Qara Qarayev (Zaur Həşimov, 78), 17. Vüqar Nadirov (İlqar Qurbanov,10 ), 24. Admir Teli, 22. Əfran İsmaliyov, 25. Ansi Aqolli, 77. Georgi Adamiya

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Zaur Həşimov, Bəxtiyar Soltanov, Emin İmaməliyev, İlqar Qurbanov, Nderim Necipi


"Brügge"nin start heyəti: 1. Kolin Kusemans, 3. Mixael Almedak, 4. Karl Hufkens (k), 5. Fredirix Stenman, 6. Niki Zimlinq, 8. Lior Refailov, 9. Byorn Fleminks, 10. Nabil Dirar, 13. Viktor Vaskes, 18. Rayan Donk, 32. Vadis Ocidca

Ehtiyat oyunçular: Kujoviç, Vanstinkiste, Hoqli, Van Aker, Akpala, Meuniyer, Lestien.


Oyun başladı

5. Oyun hələ ki, meydanın mərkəzində gedir. Qarşılıqlı top itkilərinə yol verilir.
9. Rəqib təhlükəli hücumu qolla nəticələnir. Fleminks fərqlənir - 1:0
10. Zədələnən Vüqar Nadirovu İlqar Qurbanov əvəz edir
17. Zimlinq qaydanı pozur. Hakim cərimə zərbəsi təyin edir.
18. Sadıqovun yerinə yetirdiyi cərimə zərbəsini Teli dəqiq tamamlaya bilmir.
19. Aqolli rəqibə qarşı qaydanı pozur.
20. Vaskesin cərimə zərbəsindən ötürdüyü topu Vleminks qolla tamamlaya bilmir. 
22. İlk real qol şansı.  Əfran Adamiya ilə divar paslaşması edir, Amma Rauf qapı önündə dəqiq zərbə endirə bilmir.
25. Əfranın İlqara diaqonal ötürməsini  İlqardan qabaq uzaqlaşdırırlar
26. Bu dəqiqələrdə arenada "Qarabağ" sədaları eşidilir
28. Rəqib ardıcıl həmlələr etsə də dəqiq oynayırıq
29. Rauf sürətlə 2 müdafiəçini  keçir, daha əlverişli mövqedə olan Əfrana  ötürmə etsə də top Əfranın gerisinə düşür
30. İlk yarım saat "Brügge"nin 1:0-lıq üstünlüyü ilə keçdi
32. Donkun zərbəsi qapıdan xeyli aralı keçir
34. Əfran künc zərbəsi yerinə yetirsə də, müdafiəçilər topu uzaqlaşdırır
35. Əfranın sağ cinahdan keçidini zərərsizləşdirirlər 
37. Əfranın zərbəsi alınmır
40. Daha bir şans. Rauf Əfranın ötürməsiylə topu sinəsiylə ram etsə də son anad zərbə endirməyə imkan vermirlər. Üstəlik Rauf zədə də keçirir
41. Qurbanov qaydanı pozur. Hufkensin yerinə yetirdiyi cərimə zərbəsi dəqiq alınmır.
43. Hissənin sonunda "Brügge" yenidən fəallaşmaq istəyir
45. İlk yarıya 2 dəqiqə əlavə olunur


İkinci hissə başladı
47. Aqolli qaydanı pozur və sarı vərəqə ilə cəzalanır.
48. Odidjanın baş zərbəsi dəqiq olmur
55. Rəqibin daha bir təhlükəli hücumu qolla nəticələnir. Vaskes fərqlənir - 2:0.  
60. Efranın vurduğu top qapı tirindən döndü.
62. "Qarabağ"ın hücumu və qooooooollllllll. Əfran mükəmmək ötürmə verir və Rauf Əliyev qol vurur - 2:1.
64. Hufkens qaydanı pozur və sarı vərəqə ilə cəzalandırılır.
65. Rəqib şokdadır. Bu dəqiqlərdən istifadə etmək lazımdır
66. Donk Aqolliyə qarşı kobudluğa görə sarı vərəqə alır
68. Bu  dəqiqələrdə ərazi üstünlüyü "Qarabağ"dadır. 
70. Əfran 70 metr reyd edir, ən sonda topu ondan ala bilirlər
71. "Brügge"nin daha bir hücumu qolla nəticələnir. Donk hesab arasındakı fərqi artırır - 3:1.
74. Vleminks dördüncü qolu qapımızdan keçirir. Lakin hakim ofsayd qeydə alır.
75. Rauf zədələnərək yerdə qalsa da,  hücum etməkdə davam edirlər. Ardınca  Qaraya qarşı kobudluq nəzərə alınmır.
78. "Qarabağ"ın heyətində dəyişiklik. Zaur Həşimov Qara Qarayevi əvəzləyir.
83. Rəqib daha bir dəfə qapımıza yol tapır. Dirar fərqi daha da artırır - 4:1


OXŞAR XƏBƏRLƏR