Braziliyanın Rio-de-Janeyro şəhəri və Espiritu Santo ştatlarında leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində 14 nəfər həyatını itirib.
AZXEBER.COM xəbər verir ki, Braziliya güclü yağışlarla mübarizə aparır.
Səlahiyyətlilər tərəfindən edilən açıqlamada son 24 saat ərzində yağan güclü yağışlar səbəbindən çoxlu sürüşmə xəbərlərinin alındığı və bəzi bölgələrdə təxliyə işlərinə başlanıldığı bildirilib.
Torpaq sürüşmələrində indiyədək 14 nəfər həlak olduğu halda, xəbərlərdə bəzi insanların itkin düşdüyü bildirilir.
Rio-de-Janeyro şəhərində şiddətli tufan və tornado səbəbindən "fövqəladə vəziyyət” elan edilib.
Bildirilib ki, Petropolis şəhərində bəzi evlər dağılıb, 500 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Axtarış-xilasetmə işləri davam edir.
Ayşən