Breyvikə hökm oxunacaq - 77 nəfəri öldürdüyü üçün

DÜNYA
11:42 24.08.2012
1531
Bu gün Norveçdə ötən ilin iyul ayında 77 nəfəri öldürən və özünü antiislam döyüşçüsü adlandıran Anders Breyvikə hökm oxunacaq. Məhkəmə öncəsi Breyvikin fikirləri ilə bağlı açıqlama verən vəkil Vibeke Heyn Baera bildirib ki, Breyvik məhkəmənin ona neçə il cəza verməsindən asılı olmayaraq apelyasiya məhkəməsinə müraciət etməyəcək. Lakin, onun sözlərinə görə, əgər məhkəmədə Breyvik əqli xəstə kimi elan edilərsə, o halda onun adına ləkə gətirən bu damğaya qarşı axıra qədər mübarizə aparacaq.Qeyd edək ki, məhkəmə Breyviki əqli cəhətdən xəstə kimi təqdim edərsə, o halda 17 nəfərdən ibarət psixiatr-həkim heyəti onun müalicəsinə başlayacaq. Əks halda isə, onu ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

OXŞAR XƏBƏRLƏR