AZXEBER.COM xəbər verir ki, bu barədə iyunun 11-də "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qadağa göndərilən məhsulların təhlükəsizliyini və izlənilə bilənliyini təmin edəcək konkret mexanizm hazırlanıb tətbiq olunana qədər qüvvədə qalacaq.
Qərarın karantin obyektlərinin mütəmadi şəkildə aşkarlanması ilə əlaqədar qəbul edildiyi qeyd olunub.
Lakin görülən tədbirlərə baxmayaraq, təhlükəli karantin obyektlərinin aşkarlanması halları davam edib. Təkcə iyun ayında Ermənistandan göndərilən qoz, qurudulmuş şaftalı və pomidor məhsullarında üç ayrı halda kapr böcəyi aşkarlanıb.
"Rosselxoznadzor"un açıqlamasında vurğulanıb ki, bu faktlar Ermənistanın aidiyyəti dövlət qurumları tərəfindən lazımi nəzarətin həyata keçirilmədiyini göstərir və ölkənin fitosanitar sertifikatlaşdırma sisteminin etibarlılığı ilə bağlı ciddi suallar yaradır.
Qurum hesab edir ki, Ermənistanın bitki mühafizəsi və karantin xidmətinin qeyri-effektiv fəaliyyəti həm Rusiyanın, həm də Aİİ-yə üzv dövlətlərin fitosanitar təhlükəsizliyi üçün birbaşa risk yaradır.











































