Brilliant Dadaşovanın əslində neçə yaşı var? - Dəqiq rəqəm

Brilliant Dadaşovanın əslində neçə yaşı var? - Dəqiq rəqəm
MAQAZİN
00:13 16.09.2012
29898
Bu gün xalq artisti, professional estrada ifaçısı Brilliant Dadaşovanın ad günüdür. Modern.az bildirir ki, Brilliant Dadaşova 1959-cu ilin 15 sentyabrında Bakı şəhərində anadan olub. Onun anası məşhur Azərbaycan qarmon ifaçısı, 1966 -cı ildə avtomobil qəzasında həlak olmuş Qızxanım Dadaşovadır.  Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyuk səhnəyə gəldi. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxdı. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü gördü. Daha sonra Brilliant Dadaşova Azərbaycanı xarici ölkələrdə uğurla təmsil etməyə başladı. Sovet İttifaqı dağıldıgdan sonra Rusiyada solo konsertlə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova oldu. 1994-cü ildə "Sevəcəyəm" adli musiqi albomu çıxdı. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox uğurlu oldu. 1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başladı və kanalın qızıl onluğunda uzun müddət ərzində ön cərgələrdə sabit qaldı. Həmin o ildə, müğənninin "Züleyxa" adlı diski çıxdı. B.Dadaşova 1998-ci ildə "Dərdimdən öləcəksən" adlı disk buraxdırdı.1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın əməkdar artisti adı verildi. Həmin ildə o, bir sıra Azərbaycan müğənnisi və Norveçin SKRUK ansamblı ilə birlikdə "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsində iştirak edirdi. 1999-cu ildə Brilliant Dadaşova bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbail bələdiyyəsinə üzv seçildi. 2000-ci ildən 2005-ci ilədək o, Azərbaycanın “Speys” TV kanalında "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparırdı.. 2008-ci ildə Brilliant Dadaşovanın iki diskdən ibarət "Masal Dünyam" adlı musiqi albomu çıxdı. Bu albom Türkiyədə yazılıb və çox uğurlu olub. Həmin il Brilliant Dadaşova Azərbaycanın Xalq artistı fəxri adına layıq görülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmişlidə həmkəndlisini qətlə yetirməkdə ittiham edilən tələbəyə hökm oxunub
21:52 15.08.2025
İmişlidə həmkəndlisini qətlə yetirməkdə ittiham edilən tələbəyə hökm oxunub
“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı
21:51 15.08.2025
“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı
İranda ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü
21:42 15.08.2025
İranda ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü
Ekspertlər Alyaskadakı görüşdə Putinlə Trampın bədən dilini analiz edəcəklər
21:39 15.08.2025
Ekspertlər Alyaskadakı görüşdə Putinlə Trampın bədən dilini analiz edəcəklər
Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna SEÇİLDİ
21:33 15.08.2025
Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna SEÇİLDİ
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
21:14 15.08.2025
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
21:06 15.08.2025
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
20:54 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
20:48 15.08.2025
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
20:35 15.08.2025
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
20:29 15.08.2025
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
20:20 15.08.2025
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
20:14 15.08.2025
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
20:09 15.08.2025
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
19:51 15.08.2025
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
19:38 15.08.2025
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib