Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma seçkini tanımır

Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma seçkini tanımır
SİYASƏT
11:21 10.09.2023
253

"Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma seçkiləri tanımır”.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X” sosial şəbəkəsində paylaşım edib.

"Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma prezident seçkisini tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”, - səfir qeyd edib.

OXŞAR XƏBƏRLƏR