Britaniya Gürcüstanın Baş prokuroruna sanksiya tətbiq edib

Britaniya Gürcüstanın Baş prokuroruna sanksiya tətbiq edib
DÜNYA
19:55 10.04.2025
405
Böyük Britaniya daha dörd Gürcüstan vətəndaşını sanksiyalar siyahısına əlavə edib.

Bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyinin (Xəzinə Departamenti) saytında məlumat dərc edilib.

Sanksiya tətbiq edilənlər arasında Baş prokuror Giorgi Qabitaşvili, daxili işlər nazirinin müavini Şalva Bedoidze, xüsusi tapşırıqlar departamentinin direktorunun müavini Mirza Kezevadze və Xüsusi Təhqiqat Xidmətinin rəisi Karlo Katsitadzedir.

Qeyd olunub ki, adıçəkilən şəxslərə maliyyə sanksiyaları tətbiq edilib, onların aktivləri dondurulub. Əlavə olaraq sanksiya tətbiq edilən şəxslərlə maliyyə fəaliyyətləri qadağan edilib və sanksiyaların pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulacaq.

Xatırladaq ki, Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla bir sıra hüquq mühafizə orqanlarının bir sıra rəhbər şəxslərinə sanksiya tətbiq edib.
 
apa
OXŞAR XƏBƏRLƏR