Britaniya müharibə başa çatdıqdan sonra ilk seçkilərin keçirilməsində Ukraynaya yardım edəcək

Britaniya müharibə başa çatdıqdan sonra ilk seçkilərin keçirilməsində Ukraynaya yardım edəcək
DÜNYA
21:27 19.08.2025
206
Böyük Britaniya və Ukraynanın seçki komissiyaları arasında əməkdaşlıq sazişi imzalanıb.

Bu barədə Britaniya Seçki Komissiyası məlumat yayıb.

Sənədə əsasən, London müharibədən sonrakı ilk seçkilərin keçirilməsində Kiyevə yardım edəcək.

"Anlaşma Memorandumu bizim demokratik proseslərin təmin edilməsinə dair birgə öhdəliyimizi təsdiq edir və növbəti illərdə əməkdaşlıq üçün zəmin yaradır”, - məlumatda bildirilir.

Qeyd olunub ki, əməkdaşlığa seçkilərin idarə edilməsi, kibertəhlükəsizlik və seçicilərin maarifləndirilməsi məsələlərində təcrübə mübadiləsi daxil olacaq.
OXŞAR XƏBƏRLƏR