Britaniya ştammının dəfələrlə öldürücü olduğu sübut edildi

SAĞLAMLIQ
10:26 18.03.2021
765

"COVID-19-un Britaniya ştammının dəfələrlə öldürücü olduğu sübut edilib".

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, son günlər aparılan çox önəmli dörd elmi tədqiqatın nəticəsi virusun Britaniya ştammının yoluxduruculuq əmsalı ilə yanaşı öldürücülük faizinin də yüksək olduğunu təsdiq edib:

"Virusun Britaniya ştammının qeydə alındığı ilk vaxtlarda aparılan tədqiqatlarla tanış olduqdan sonra elmi şərhlərimdə bildirmişdim ki, onun yoluxduruculuq qabiliyyəti daha yüksəkdir. Belə ki, yoluxdurma əmsalının SARS-CoV-2-nin yoluxdurma əmsalından 35% daha böyük və eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma qabiliyyətinin 15 faiz olduğunu qeyd etmişdim. Bu həmin zaman üçün məlum olan elmi əsaslı nəticələr idi. Amma həmin tədqiqatlarda yeni ştammın öldürücülük əmsalının yüksək olması görünmürdü.

Hətta ilk tədqiqatlarla hesab edilirdi ki, yeni ştammın yoluxduruculuq əmsalının yüksək olmasına səbəb xəstəliyin simptomsuz və yüngül keçirilməsi səbəb ola bilər. Amma təəssüflər olsun ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi tədqiqat yeni ştammın öldürücülük riskinin yüksək olduğunu elmi olaraq təsdiqləyib.

Tədqiqatla tanış olan elm adamları onun metodik və statistik hissəsinin yüksək elmi dəqiqliklə hazırlandığının şahidi olur. Nəticədə məlum olub ki, virusun PCR-lə təsdiqindən sonra 28 gün ərzində ölüm riski 58-67 faiz yüksəkdir. Bu da o deməkdir ki, Britaniya ştammına yoluxan şəxsin 28 gün ərzindəki ölüm riski bildiyimiz COVID-19 xəstəsinin ölüm riski ilə müqayisədə maksimum 67 faiz yuxarıdır".

OXŞAR XƏBƏRLƏR