Britaniyada gün ərzində 413 nəfər koronavirusdan ölüb

Britaniyada gün ərzində 413 nəfər koronavirusdan ölüb
DÜNYA
20:33 26.04.2020
1222
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı gün ərzində 413 nəfər, yoluxma hallarının sayı isə 4463 nəfər artıb.

Bu barədə Kənd Təsərrüfatı, Qida və Ətraf Mühit naziri Corc Yustis bildirib.

Nazir qeyd edib ki, koronavirusdan ölənlərin ümumi sayı 20 732, virusa yoluxanların sayı isə 152 840 nəfər olub. Gün ərzində 29 mindən çox insan COVID-19 testindən keçib.
 
///APA
OXŞAR XƏBƏRLƏR