Britaniyadan koronavirus peyvəndi ilə bağlı bədbin proqnoz: “Özümüzü hazırlamalıyıq”

Britaniyadan koronavirus peyvəndi ilə bağlı bədbin proqnoz: “Özümüzü hazırlamalıyıq”
DÜNYA
10:17 28.10.2020
832

Birinci nəsil koronavirus peyvəndi bütün insanlar üçün təsirli olmayacaq.

Bunu Böyük Britaniya hökumətinin peyvənd işçi qrupunun rəhbəri Keyt Binxem "The Lancet”ə açıqlamasında deyib.

"Birinci nəsil peyvəndlərin mükəmməl olmaması ehtimalı var, biz onun infeksiyanın qarşısını almayacağına, simptomları azaldacağına özümüzü hazırlamalıyıq”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, hətta bu halda belə peyvənd hamı üçün təsirli olmayacaq və ya uzunmüddətli təsir göstərməyəcək.
OXŞAR XƏBƏRLƏR