Bu ölkədə əhaliyə xəbərdarlıq edildi - 3 gün ərzində…

Bu ölkədə əhaliyə xəbərdarlıq edildi - 3 gün ərzində…
DÜNYA
22:17 23.10.2026
337
Böyük Britaniya hökuməti vətəndaşlara fövqəladə hallar üçün 3 günlük ərzaq və su ehtiyatı saxlamağı tövsiyə edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hökumətin başlatdığı "Be Ready” (Hazırlıqlı ol) kampaniyası çərçivəsində əhalinin təbii fəlakətlərə, kiberhücumlara və kritik infrastrukturda yarana biləcək fasilələrə hazır olması hədəflənir.

Vətəndaşlara hər nəfər üçün 3 günə 9 litr içməli su, uzun müddət xarab olmayan ərzaqlar, ilk yardım ləvazimatları, fənər, yorğan, nağd pul və batareya ilə işləyən radio saxlamaq məsləhət görülüb.

Bildirilib ki, fövqəladə vəziyyətlər zamanı elektrik, su, telefon və internet xidmətlərində fasilələr yarana, təchizat zəncirində problemlər baş verə bilər.
OXŞAR XƏBƏRLƏR