Britaniyaya gedən ukraynalıların ölkəyə girişi sadələşdirilib.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, Böyük Britaniya hakimiyyəti ölkədə yaşayan qohumlarının yanına getmək istəyən ukraynalıların ölkəyə girişini sadələşdirib.
"The Guardian”ın məlumatına görə, Daxili İşlər Nazirliyi İngiltərədəki qohumlarına qovuşmaq niyyətində olan insanların müraciətlərini sürətləndirmək üçün ailə vizası görüşlərinin sayını həftədə 500-dən 6000-ə qədər artırdığını bildirib.
Bundan əlavə, ukraynalılar üçün ölkədə qalma müddəti bir ildən üç ilədək artırılıb.
Aİ ölkələri ukraynalılara öz ölkələrində bir il müddətinə vizasız qalmaq üçün icazə verməyə razılaşıb.
Ayşən Mirzəyeva