BŞİH Müsavatın yürüşünə icazə vermədi

BŞİH Müsavatın yürüşünə icazə vermədi
Bütün Xəbərlər
15:09 14.04.2015
676
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 19-na təyin etdiyi etiraz yürüşünü məqsədəuyğun hesab etməyib.
Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu gün BŞİH-ə dəvət edilib: “Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanovla görüşdüm. Bizə bildirdilər ki, “20 Yanvar” metro stansiyasından keçmiş “Məhsul” stadionuna yürüş məqsədəuyğun deyil. Çünki avtomobillərin hərəkətinə və insanların gediş-gəlişinə mane ola bilər. Təklif etdilər ki, keçmiş “Məhsul” stadionunda mitinq keçirilməsi ilə bağlı müraciət olsa, baxıla bilər”.
R. Əmiraslanlı hazırda partiya rəhbərliyinin müzakirə apardığını və yekun qərarın veriləcəyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR