BSU-da "Avro-2020 Könüllülük Proqramı" ilə bağlı görüş keçirilib - FOTOLAR

BSU-da "Avro-2020 Könüllülük Proqramı" ilə bağlı görüş keçirilib - FOTOLAR
İDMAN
17:54 12.11.2019
5831
Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsi qarşılaşması ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə noyabrın 12-də Bakı Slavyan Universitetinin tələbə və müəllim heyəti ilə görüş keçirib. 
 
AZXEBER.COM xəbər verir ki, 300-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də Avro-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Tədbirdə təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA, Avro-2020 "Könüllülər Proqramı”nın səfiri Taleh Yüzbəyov da iştirak ediblər. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

Könüllülər Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində tələbələr üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klassların və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Noyabrın 15-dək davam edəcək universitet kampaniyası paytaxtda fəaliyyət göstərən 21 təhsil ocağını əhatə edəcək.

Qeyd edək ki, Avro-2020 Bakı Könüllülər Proqramına qeydiyyat 29 noyabr saat 23:59-da yekunlaşacaq. Müraciət etmək istəyənlər UEFA-nın rəsmi portalından (https://applicantportal.enterprise.uefa.com/landing)  qeydiyyatdan keçə bilərlər.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur
17:54 16.10.2025
Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur
Bağça müdirlərinin diaqnosik qiymətləndirilməsi keçiriləcək
17:40 16.10.2025
Bağça müdirlərinin diaqnosik qiymətləndirilməsi keçiriləcək
Rusiya "İskəndər"lə Ukraynanın təlim poliqonuna zərbə endirib, itkilər var
17:28 16.10.2025
Rusiya "İskəndər"lə Ukraynanın təlim poliqonuna zərbə endirib, itkilər var
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı
17:07 16.10.2025
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
16:59 16.10.2025
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Neftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTO
16:14 16.10.2025
Neftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTO
Bu da Ramiz Mehdiyevin dəbdəbəli villası - VİDEO - FOTO
16:14 16.10.2025
Bu da Ramiz Mehdiyevin dəbdəbəli villası - VİDEO - FOTO
Prezident: Fransa ilə Azərbaycan arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16:05 16.10.2025
Prezident: Fransa ilə Azərbaycan arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
16:00 16.10.2025
Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir
15:53 16.10.2025
Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir
Ajda Pekkan yeni reklamdan 40 milyon qazanacaq
15:40 16.10.2025
Ajda Pekkan yeni reklamdan 40 milyon qazanacaq
DTX-nın saxladığı sabiq diplomata hökm oxundu
15:27 16.10.2025
DTX-nın saxladığı sabiq diplomata hökm oxundu
Qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
15:23 16.10.2025
Qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
Ramiz Mehdiyevin dövlət çevrilişi planı belə ifşa edilib - ŞOK FAKTLAR
15:16 16.10.2025
Ramiz Mehdiyevin dövlət çevrilişi planı belə ifşa edilib - ŞOK FAKTLAR
10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit kampaniyası
15:12 16.10.2025
10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit kampaniyası
"Tiktok"er İlhaməyə həbs qərarı verən hakimin işinə xitam verildi
15:11 16.10.2025
"Tiktok"er İlhaməyə həbs qərarı verən hakimin işinə xitam verildi