BSU-da gənclər bir araya toplaşdı - FOTOLAR

GƏNCLİK
23:31 20.02.2015
2764
20.02.2015-ci il tarixində BSU-nin Sosial Məsələlər və Tələbələrlə İş üzrə rektor müşavirliyi xidməti tərəfindən 21 fevral Beynəlxalq "Ana Dili" günü ilə əlaqədar olaraq tədbir keçirildi. 
Ana dilinin rolu, milli mənsubiyyətimizin ayrılmaz bir parçası olan azərbaycan dili haqqında məlumatlarla çıxış edən milli, o cümlədən xarici tələbər bu dilə sevgilərini, rəğbətlərini əks etdirdilər. Tədbir nəzdində yerli və əcnəbi tələbələr tərəfindən Ana dilinə hərs olunan şeir və musiqi səsləndi. Ana dilimizin tarixi inkişafı, onun müasir zamanda yüksək yeri vurğulanmağı ilə yanaşı "Slide" formasında universitet daxili bu günə həsr olunmuş öncəki tədbirlərin əks olunması da geniş maraq dairəsinə səbəb oldu. Müslüm Maqomayevin bəstəkarlığı altında "Azərbaycan", o cümlədən "Sarı gəlin" musiqi parçaları böyük ilham hissi ilə yanaşı, tariximizin, yurdumuzun ağır səhvəsi olan "Dağlıq Qarabağ"-ı dönə-dönə xatırlatdı. Gün olsun, bu böyük və təmtərahlı tədbirimizi işğal altında olan doğma torpaqlarımızda keçirək

OXŞAR XƏBƏRLƏR