BSU Portuqaliyalı alimlə əməkdaşlıq müqaviləsi imzaladı

BSU Portuqaliyalı alimlə əməkdaşlıq müqaviləsi imzaladı
Bütün Xəbərlər
18:05 15.02.2016
1199

“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi çərçivəsində Portuqaliyanın Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, pofessor Teresa Damasio Bakı Slavyan Universitetində (BSU) “Yeni dünya nizamı və multikulturalizm” mövzusunda mühazirə oxuyub. Müasir Avropada millətlərarası və dinlərarası problemlərə toxunan prof. Teresa Damasio Azərbaycanda multikultural mühiti və keçirilən qış məktəbini yüksək qiymətləndirmişdir.

Portuqaliyalı alim bildirib ki, mədəniyyət və incəsənət, təhsil sahələrinin dözümlülük mühitinin yaradılmasında xüsusi yeri var. Bu baxımdan prof. Damasio Bakı Slavyan Universiteti ilə Lissabonun Lusofon humanitar-texnoloji Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinə böyük önəm verdiklərini qeyd edib.

Teresa Damasio vurğulayıb ki, dünyada 250 milyondan artıq insan portuqaldilində danışır və bu müqavilə portuqaldilli ölkələrlə BSU-nun və bütövlükdə Azərbaycan təhsilinin əlaqələrinin inkişafina təkan verəcək.

Universitetlər arasında əməkdaşlıq müqaviləsini imzalayan BSU-nun rektoruAsifHacıyev və professor Teresa Damasio bildiriblər ki, gələcəkdə iki mərkəz tələbə və müəllim mübadiləsi, müştərək təhsil və elmi layihələr həyata keçirəcək, eləcə də hər iki universitetdə qarşılıqlı şəkildə dillər tədris ediləcək –Azərbaycanportuqaldilləri.

OXŞAR XƏBƏRLƏR