BSU “Regional zonalardan qəbul olunan qızlar üçün təqaüd proqramı”nı elan edir!

BSU “Regional zonalardan qəbul olunan qızlar üçün təqaüd proqramı”nı elan edir!
İQTİSADİYYAT
17:14 21.07.2025
298
Bakı Slavyan Universiteti (BSU) 2025/2026-cı tədris ili üzrə 2023-cü ildə təsis edilmiş "Regional zonalardan qəbul olunan qızlar üçün təqaüd proqramı”nı  elan edir!

Bu təşəbbüs, son 3 ilin statistikasına əsaslanaraq müxtəlif regional bölgələrdən BSU-ya az sayda qəbul olunan qız tələbələrin ali təhsil almaq imkanlarını genişləndirmək, onları stimullaşdırmaq və akademik inkişaflarını dəstəkləmək məqsədinə xidmət edir. 

Daxili Təqaüd proqramı aylıq 200 AZN olmaqla, həmin bölgələrdən müəllimlik ixtisasına qəbul olunan  və 450 baldan yuxarı toplayan 5 qız tələbə üçün nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR