"Bu şəhərdə"nin məşhur aktyorunun bədənində şiş aşkarlanıb?

ŞOU-BİZNES
15:29 22.11.2010
2574

Xəstəxanaya gətirilən Coşğunun boğaz nahiyəsində şiş aşkarlanıb və dərhal əməliyyata alınıb. 7-8 saat çəkən əməliyyatda cərrah və həkimlər aktyorun boğaz və boyun nahiyəsinin daxilində əmələ gəlmiş şişləri aradan qaldırıblar. 

Əldə etdiyimiz məlumata görə, əməliyyatdan çıxan Coşğun indi özünü yaxşı hiss edir, o, hətta bu gün ayağa qalxıb və tibb bacıları ilə zarafatlar da edib. 

Məlumatla əlaqədar "Bu şəhərdə"nin prodüseri və ssenari müəllifi Müşfiq Abbasovla əlaqə saxladıq. Müşfiq  açıqlamasında bu barədə təfərrüatlı məlumat verməsə də, xəbəri təsdiq etdi: “Bəli, Coşğun əməliyyat keçirib və indi özünü yaxşı hiss edir. O, ayağa qalxıb və tam sərbəst hərəkət edə bilir. Lakin biz özümüz də hələ nə baş verdiyini dəqiq anlaya bilmirik. Əməliyyatın dəqiq analiz cavabları sabah bəlli olacaq”.

Qeyd edək ki, Coşğun Rəhimovda aşkarlanan şişin xərçəng xəstəliyinin əlaməti olduğu və bundan sonra o, bir müddət tibbi-kimyəvi prosedurlar alacağı da bildirilir. Lakin bu əməliyyatla problemin aradan qaldırılıb-qaldırılmadığı hələlik məlum deyil. Aktyorun növbəti dəfə də əməliyyat keçirəcəyi istisna deyil. 
C.Rəhimov özü isə problemlə bağlı deyib ki, boğazında zob olub. 

Sonda onu da qeyd edək ki, Coşğunun həmkarı və yaxın dostu Rəfail İsgəndərov Həcc ziyarətində olduğu üçün Bakıda deyil və bu səbəbdən əməliyyat vaxtı Coşğunun yanında ola bilməyib. Lakin Coşğunu ziyarət etmək üçün Rəfailin atası dünəndən ona baş çəkir. Bütün bu müddət ərzində Müşfiq isə xəstəxanadan çıxmayıb. 

İstedadlı aktyor Çoşğun Rəhimova şəfa diləyirik. // milli.az

OXŞAR XƏBƏRLƏR