‘Bu 4 ildə inkişaf üçün əlimdən gələni etdim’ – Seçki gərginliyi

İDMAN
21:24 10.02.2012
1915

AFFA-nın hazırki prezidenti bu posta yenidən namizədliyini verəcəyini deyib

Mart ayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) növbəti seçki-hesabat konfransı keçiriləcək. Konfransda AFFA-nın dördillik fəaliyyətinə nəzər salınmaqla yanaşı qurumun prezidenti postuna seçkilər keçiriləcək. AZXEBER.COM-un məlumatına görə, AFFA-nın hazırki prezidenti Rövnəq Abdullayev ANS-ə eksklüziv müsahibəsində bu posta yenidən namizədliyini verəcəyini deyib. “Bu dörd il müddətində AFFA-nın prezidenti olaraq futbolun təməl prinsipləri üzərində inkişafı üçün əlimdən gələni etdim. Bunun nə dərəcədə alındığına isə yəqin ki, konfrans iştirakçıları aydınlıq gətirəcəklər. Biz futbolun sıfır nöqtədən inkişaf etdirmək üçün cəhdlər etdik”, - deyə Rövnəq Abdullayev bildirib.

OXŞAR XƏBƏRLƏR