Ginnesin RekordlarKitabına girən Villiam Lavlis Pace adlı kişi, 103 yaşında ölüb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Pace, başında bir güllə ilə ən uzun müddət yaşayan insan olub. Onun oğulu, 94 il ərzində başında bir gülləylə yaşayan atasının Kaliforniyadakı qocalar evində öldüyünü bildirib.
Qeyd edək ki, Villiam Lavlis Pace, 1917-ci ildə qardaşı tərəfindən səhvən tüfənglə vurulub və Pace bu hadisənin ardından bir gözünü itirib.
Ozal İbrahimli