"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli

"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
ÖZƏL
16:48 29.06.2025
390
Xəbər verdiyimiz kimi, iyun ayının 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDIA) və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan "Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində "Euronews Academy” beynəlxalq tədris proqramına start verilib.

Açılış mərasimində çıxış edən "Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares bildirib ki, sözügedən proqram gənc jurnalistlərə beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazandırmaqla yanaşı, onları informasiya mühitində mövcud çağırışlara cavab verə bilən peşəkar kadrlar kimi formalaşdırmağı hədəfləyir. 

O, layihənin jurnalistlərin etik prinsiplərə sadiq qalaraq keyfiyyətli və obyektiv xəbər istehsalına mühüm töhfə verəcəyini vurğulayıb.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu isə çıxışında belə təşəbbüslərin gənc jurnalistlərin qlobal media proseslərinə inteqrasiyasına təkan verdiyini bildirib. 

O diqqətə çatdırıb ki, beynəlxalq ekspertlərlə birbaşa ünsiyyət imkanını təmin edən proqramlar tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirməsinə şərait yaradır.

Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyasında keçirilən beşgünlük təlim proqramının ilk günü "Rəqəmsal xəbər toplama və məlumatlara əsaslanan jurnalistika” mövzusuna həsr olunub. İştirakçılar "Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə xəbərlərin toplanması, məlumatların təhlili və faktlara əsaslanan jurnalistikanın əsas prinsipləri ilə tanış olublar.

6 gün davam edən təlim haqqında AZXEBER.COM-a açıqlama verən Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bu layihənin Azərbaycan mətbuatı tarixində ilk olduğunu bildirib:
 

 

"Euronews Academy” layiəsi Medianın İnkişafı Agentliyi ilə "Euronews"un birgə layihəsidir. Əvvəlcə qeyd edim ki, bu Azərbaycan mətbuatının tarixində ilk hadisədir. Çünki biz ilk dəfə olaraq "Euronews" ekspertlərini Azərbaycana dəvət etdik və müasir jurnalistikanın trendləri ilə bağlı gənc jurnalistlərə təlimlər keçildi".

Natiq Məmmədli təlimin önəmi haqda da danışıb: 

"Onu da qeyd edim ki, bu dəvət və təlim "Euronews"un tarixində də ilk hadisədir. "Euronews" əməkdaşları ilk dəfə olaraq Azərbaycana gəlib, burada təlimçi kimi onların ekspertləri iştirak ediblər. Düşünürən ki, bu təlimlər jurnalistikamızda yeni keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaq.

Natiq Məmmədli təlimlərin jurnalistlərə yeni bilik və bacarıqlar qazandırdığını deyib: 
 
"Bu təlimlər gənc jurnalistərə yeni bilik və bacarıqlar qazandırdlr. Jurnalistlər üçün çox prinsipial əhəmiyyət kəsb edən yeniliklərin mənimsənilməsində ""Euronews Academy” layihəsinin çox mühüm əhəmiyyəti oldu. Rəqəmsal xəbər kontentinin yazılması, sosial şəbəkələrdə jurnalistlərin fəaliyyəti, sosial şəbəkələrin idarə edilməsi, medianın rəqəmsal platformaya inteqrasiyası, konvergensiya prosesi bu məsələlərin hamısı "Euronews Academy” layihəsi çərçivəsində yüksək səviyyəli beynəlxalq ekspertlər tərəfindən bizim jurnalistlərimizin diqqətinə çatdırıldı”.

O qeyd edib ki, təlimlərin nəticəsini yaxın zamanlarda görə biləcəyik: 

"Jurnalistlərin rəyindən belə qənaətə gəlmək olar ki, bu təlim çox ciddi nəticələr verəcəkdir. Birinci növbədə Azərbaycan jurnalistikasında, müasir jurnalistikamızda yeni keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaqdır. Biz buna inanırıq, çünki auditoriya gənc nəslin nümayəndələri idi və jurnalistkanın gələcəyinə hesablanmış bir təlim idi. Bu təlimlər davamlı xarakter daşıyacaqdır, biz buna ehtiyac hiss edirik və düşünürük ki, Azərbaycan jurnalistikasında müəyyən bir mərhələdən sonra əldə olunmuş yeni bilik və bacarıqlar öz təsirini göstərəcəkdir, xüsusən jurnalistlərin yeni, müasir kontent yaradılması istiqamətində.
 
Günel Hüseynli

Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR