Vüsal Abdullazadə 7-ci dəfə Respublika çempion olub.
AZXEBER.COM xəbər verir ki, 6-8 dekabr 2013 tarixlərində Bakı şəhərində Hövsan Olimpiya İdman Kompleksində Azərbaycan Okinava Qocyu-Ryu Karate-do və Kobudo növləri və Beynəlxalq Kempo Karate və Kobudo növləri üzrə XVI Respublika çempionatı keçirilmişdir.
Respublika çempionatında iki qat Dünya çempionu və Avropa çempionatının gümüş mükafatçısı Vüsal Abdullazadə 60 kq çəki dərəcəsində, 18 yaşdan yuxarı kişilər arasında, rəqiblərini yüksək texnika ilə məğlub edərək 7-ci dəfə Respublika çempionu titulunu qazanmışdır.
Qeyd edək ki, Vüsal Abdullazadə İdman Akademiyasının tələbəsidir. Ali məktəbə müsabiqədənkənar (imtahansız-birbaşa) daxil olmuşdur.



