Bu azərbaycanlı qadınlar axtarışa verildi - SİYAHI

Bu azərbaycanlı qadınlar axtarışa verildi - SİYAHI
KRİMİNAL
11:24 17.02.2022
1720
Cinayət törətdiyinə görə hazırda axtarışda olan şəxslər var. 

AZXEBER.COM xəbər verir ki, axtarışda olanlar arasında qadınlar da yer alıb.

Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barələrində axtarış elan edilən qadınlardan bir neçəsini təqdim edirik.

Nəsirli Jalə Miriş qızı

Onun barəsində Cinayət  Məcəlləsinin  178.2.4-cü maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə axtarış elan edilib. 

Məlikova Xalidə Sərvərovna 

Barəsində Cinayət  Məcəlləsinin  178.3.2-ci maddəsi  ilə axtarış elan edilən Xalidə Məlikova isə dələduzluğu külli miqdarda ziyan vurmaqla törədib.

Kərimova Ellada Manned qızı

Onun barəsində Cinayət  Məcəlləsinin  178.2.2-ci maddəsi  ilə axtarış elan edilib. Ellada Kərimova dələduzluğu təkrar törədib.

Əsgərova Əfsanə Qəhrəman qızı

Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi  ilə axtarış elan edilən Əfsanə Əsgərova isə qəsdən sağlamlığa yüngül zərər vurmaqda ittiham olunur.

Veronika Karmakova Nikolayevna 

Veronika Kərimova barəsində isə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə axtarış elan edilib. Qaçaqmalçılığı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməkdə ittiham olunan qadın, eyni zamanda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmaya görə də axtarışdadır.

Tarusova Lyudmila Borisovna 

Barəsində Cinayət Məcəlləsinin  179.3.2., 324, 312.1-ci maddələri ilə axtarış elan edilən Lyudmila Tarusova külli miqdarda mənimsəmədə, Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlərdə və vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.

Hacıyeva Gülnarə Zakir qızı

Onun barəsində Cinayət  Məcəlləsinin  178.2.4-cü maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə axtarış elan edilib. 

Əlieyeva Nadejda Qriqoryevna 

Barəsində Cinayət Məcəlləsinin  178.2.1, 320.1-ci maddələri ilə axtarış elan edilən Nadejda, dələduzluğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməkdə və rəsmi sənədi saxtalaşdırmada ittiham olunur.

Abdullayeva Hicranə Rəcəb qızı

Barəsində Cinayət Məcəlləsinin  144.1.2.2 - ci maddəsi ilə axtarış elan edilən qadın insan alverində ittiham olunur. O, bu əməli təkrar törədib.

Fərzəliyeva Xalidə Əli qızı

Barəsində Cinayət Məcəlləsinin  320.1-ci maddəsi ilə axtarış elan edilən Xalidə Fərzəliyeva da hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmada ittiham olunur.

Əkbərova Lalə Vilayət qızı 

Barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-cü  maddələri  ilə axtarış elan edilən Lalə Əkbərova insan alverində ittiham olunur.

Dərvişova Həmidə Həmid qızı

Barəsində Cinayət Məcəlləsinin 234.1, 234.4-cü maddələri ilə axtarış elan edilən Həmidə Dərvişova isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
12:57 07.08.2026
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:51 07.08.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
12:32 07.08.2026
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
12:14 07.08.2026
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
11:52 07.08.2026
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
11:47 07.08.2026
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
11:29 07.08.2026
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
11:21 07.08.2026
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
11:19 07.08.2026
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
11:06 07.08.2026
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
11:01 07.08.2026
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10:59 07.08.2026
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
10:42 07.08.2026
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
10:36 07.08.2026
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
10:29 07.08.2026
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Şəxsi büdcənizi nəzarətdə saxlamaq üçün bank hesabı niyə vacibdir?
10:24 07.08.2026
Şəxsi büdcənizi nəzarətdə saxlamaq üçün bank hesabı niyə vacibdir?